Şeyx "halallıq" verdi - Qalmaqallı qanun layihəsi qəbul oluna bilər
30
avq
2019
12:47
Milli Məclisin 2019-cu il payız sessiyasında illərdir müzakirəsi gedən "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, sənəd tam hazırdır və müzakirəyə təqdim ediləcək. Deputat onu da əlavə edib ki, qanun layihəsinin qəbul edilməsi ilə bağlı problemli heç bir məqam qalmayıb.Qeyd edək ki, "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi ictimai müzakirələrdə dəfələrlə mübahisələrə səbəb olub.Xüsusilə sənəddə yer alan surroqat ana və sperma bankı məsələsinə cəmiyyət sərt reaksiya verib.Həmin vaxt qanun layihəsinin qəbuluna Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mane olub. İdarənin təklif və iradları nəzərə alınaraq, bu məsələlər layihədən çıxarılıb. Eyni zamanda, QMİ-nin təklifləri götür-qoy edildikdən sonra bütün müsəlman ölkələrinin təcrübəsi öyrənilib. Hazırda QMİ qanun layihəsinin qəbuluna heç bir etiraz etmir.
Oxşar xəbərlər
Bu şəxslərin maaşı 100 faiz artırılacaq
Azərbaycanda məhkəmə hakimlərinin də maaşları artırılacaq. BAKU.WS bakupost.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisə "Məhk...