Qəfildən komaya düşən 35 yaşlı jurnalist Nazilə Həsənzadə vəfat etdi - FOTO
13
avq
2019
10:09
Rusiyada yaşayan azərbaycanlı jurnalist Nazilə Həsənzadə vəfat edib.BAKU.WS xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən 35 yaşlı jurnalist dünən həyatla vidalaşıb. "Aeroport Perm" jurnalının əməkdaşı olan jurnalist ötən ayın sonlarında Bakıya gəlib. Bir neçə gündən sonra qəfildən kəskin baş ağrıları tutub və təcili şəkildə geriyə - yaşadığı Perm şəhərinə geri dönüb.Səhəri gün komaya düşüb və 15 gündən sonra komadan ayılmadan bu dünya ilə vidalaşıb.Qeyd edək ki, N.Həsənzadə süd vəzisi xərçəngindən əziyyət çəkirdi. Uzun müddət müalicə almışdı və xərçəngdən sağaldığını düşünürdü.Özündən sonra azyaşlı oğlu qaldı. Zülfiyyə Qurbanova
Qalereya
Oxşar xəbərlər
Tanınmış parodiyaçı vəfat edib - VİDEO
Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib.BAKU.WS xəbər verir ki, 70 yaşlı H. Cəbrayılov bu gün səhər saatlarında əməliyyat olunduğu özəl xəstəxanada həya...