Lider TV-nin aparıcısında xərçəng aşkarlandı - Onkologiyada döyüşlərim başladı - FOTO
08
avq
2019
11:48
Lider TV-nin əməkdaşı Zərifə Çobanzadə Tapdıq qızında xərçəng xəstəliyi üzə çıxıb.BAKU.WS xəbər verir ki, qarın boşluğunda onkoloji şiş aşkarlanan Zərifə xanım artıq bir neçə gündür Milli Onkologiya Mərkəzində (MOM) müalicəyə başlayıb.Z.Çobanzadə xəstəlikdən qorxmadığını deyir:"Mən güclü qadınam, xəstəlikdən qorxmuram. Tezliklə bu bəlaya qalib gələcəyəm. Onkologiyada döyüşlərim başladı. Bu çətin döyüşdə mənə dəstək olan dəyərlimiz Fəxriyyə Xələfovaya, sevimli millət vəkilimiz Qənirə Paşayevaya və MOM-un baş həkimi Azad Kərimliyə dərin minnətdarlığımı bildirirəm".Z.Çobanzadə planlaşdırılmış cərrahiyyə əməliyyatının təxirə salındığını deyir: "Əməliyyat olunmalıyam, qanımda şəkərim normaya düşmədiyindən təxirə salındı. Gözləyirik..."Qeyd edək ki, Zərifə Çobanzadə "Xeyirli axşamlar" və "Kalorit" proqramlarının layihə rəhbəri və aparıcısı olub. Zülfiyyə Qurbanova
Qalereya
Oxşar xəbərlər
Bakıda meymun sahibini dişləyib
Bakının Nizami rayonunda meymun sahibini dişləyib.BAKU.WS "Report"a istinadla verir ki, nəticədə Çobanzadə küçəsində yaşayan 1992-ci il təvəllüdlü Məmmədova Ays...