SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Yol polisi qarlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə bildirib ki, qarlı, anomal hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Yol polisi şaxtalı və buzlu yolları qiymətləndirərək, sürət həddini aşmamalıdırlar. Mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi məsləhət bilən Vaqif Əsədov nasaz avtomobillərlə yola çıxmağın çox təhlükəli olduğunu bildirib.

"Sürücülərə məsləhətim budur ki, belə havada nəqliyyatın hərəkət intensivliyini nəzərə alaraq müəyyən edilmiş sürət həddindən artıq sürətlə hərəkət etməsinlər. Çünki sürətin hava və yol şəraitinə uyğun seçilməməsi son nəticədə yol-nəqliyyatı hadisəsinə səbəb olur. Eyni zamanda piyadalar da belə havalarda diqqətli və ehtiyatlı olmalıdırlar. Səki ilə getməlidirlər və avtomobil yoluna çıxmamalıdırlar. Valideynlər azyaşlıları nəzarətsiz küçəyə buraxmamalıdır. Sürücülər əyləc sistemindən mümkün qədər istifadə etməməklə avtomobili sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir. Avtomobillərin şüşəsiləni işlək olmalıdır. Hava şəraitindən asılı olmayaraq, avtomobillərin dövlət nömrə nişanları və işıq cihazları təmiz olmalıdır”, - deyə Vaqif Əsədov vurğulayıb.

Vaqif Əsədov onu da bildirib ki, sürücülər hava şəraitindən asılı olmayaraq sürücülər məsuliyyətdən azad olunmurlar. Onlar işıqforun əmrlərinə əməl etməlidirlər. Yol hərəkəti qaydalarını səbəblərdən asılı olmayaraq pozan şəxslər məsuliyyət daşıyırlar.

Yol polisi Bakının Yasamal rayonu ərazisində, hündürlüklərdə, Biləcəri dikində, ümumiyyətlə enişli-yoxuşlu yollarda daha çox ehtiyatlı olmağı məsləhət bilir.

Qeyd edək ki, şəhər sakinləri BAKU.WS-ə bildiriblər ki, bir neçə prospekt ya tam (Heydər Əliyev), ya da qismən (Tbilisi, Babək, İnşaatçılar) təmizlənib. Qalan yollar buzdur. Həsən Əliyev küçəsilə Tbilisi prospekti ilə kəsişməyə az qalmış ilişiblər, Yol bağlanıb. Zərdabi küçəsindən Əsəd Əhmədov küçəsilə üzü "Günəş petrol"a, Akim Abbasov küçəsi ilə üzü Yasamal ATS-nə tərəf qalxmayın. Yeni Yasamaldan Şərifzadəyə gedən yollar qismən təmizdir. Qabaqda ilişən olmasa, rahat hərəkət eləyə bilərsiniz.

Qarlı və şaxtalı hava Bakının yollarında da problemlər yaradıb. Vaqif Əsədov onu da əlavə edib ki, Bakı meriyasının əməkdaşları, "Azəryolsevis” ASC-nin texnikası yolların təmizlənməsinə cəlb edilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Ziya Babayev

BAKU.WS