Əhaliyə ŞAD XƏBƏR: İcbari tibbi sığortanın tətbiqinə az qaldı - VİDEO

11
iyl
2019
23:37
İcbari tibbi sığortanın xidmətlər zərfinə süni mayalanma və orqan köçürmələri ilə bağlı məsələlər əlavə oluna bilər. Bununla bağlı çoxsaylı müraciətlər nəzərə alınaraq, xidmətlər zərfinə müəyyən dəyişikliklər edilib.Bu barədə jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.Zaur Əliyev onu da bildirib ki, paytaxtdan həkimlər bölgələrə ezam olunacaq. Artıq bununla bağlı layihə üzərində işlənilir. Bölgələrə işləmək üçün gedən həkimlərə əlavə ödənişlərin olması ilə bağlı təkliflər müzakirə edilir. Məqsəd rayon sakinlərinin müalicə üçün Bakıya gəlməmələrini təmin etməkdir. Zaur Əliyev gələn ildən həkimlərin maaşlarında ikihissəli artımın olacağını da bildirib.Qurum rəhbəri deyib ki, bütün tibb məntəqələrində icbari tibbi sığortanın gələn ildən tətbiqi ilə bağlı hazırlıq işləri aparılır.Zaur Əliyevin sözlərinə görə, icbari tibbi sığorta ilə bağlı bütün sənədlərin sentyabr ayında təsdiqlənməsi gözlənilir.Qeyd edək ki, bu gün "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsinin bağlanış mərasimi keçirilib.
Oxşar xəbərlər
Azərbaycanın daha bir bölgəsində tibbi sığorta tətbiq edildi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərə...
