Bu gün bəzi kütləvi informasiya vasitələrində "Binə” Ticarət Mərkəzində çalışan bir qrup sahibkarın gömrük rüsumlarının artırılması ilə bağlı fikirlərini əks etdirən məlumatlar yayımlanıb.


Dövlət Gömrük Komitəsi məsələyə aydınlıq gətirib. Komitədən BAKU.WS-ə verilən məlumata görə, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş,"Gömrük Tarifi Haqqında Qanun”a uyğun olaraq vergi və rüsumlara cəlb edilir, idxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

Xatırladaq ki, Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib. Mövcud qanunvericiliyin tələbləri onlara ətraflı izah edilib.

Ziya Babayev
BAKU.WS