VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ölkə prezidentinin tapşırığına uyğun olaraq, gömrük sahəsində yoxlamaların sadələşdirilməsilə bağlı işlər yaxın günlərdə yekunlaşacaq.

BAKU.WS
-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib. Onun sözlərinə görə, hazırda hər bir şəxsin ehtiyacına uyğun illik mal gətirilməsi və malların çeşidi, həcmilə bağlı qiymətləndirmələr aparılır.

"Yeni qaydalara əsasən, ümumi gömrük dəyəri 10 min dollaradək malların gömrük sərhəddindən gömrük ödənişi edilmədən keçirilməsi o şəxslərə şamil ediləcək ki, bu malları ölkəyə öz təlabatları üçün gətirirlər. Kommersiya və istehsalat məqsədləri çün mal gətirənlər isə vergiyə cəlb ediləcək. Gömrük sistemində informasiya texnologiyalarından istifadəyə geniş yer verilir. Sərhəd-buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatında və yoxlanılmasında "bir pəncərə” prinsipinin həyata keçirilməsi üzrə plana uyğun olaraq, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi təkmilləşdirilib. Gömrük postlarında bu sistemdən istifadə edilir", - deyə Aydın Əliyev vurğulayıb.

Komitə sədrinin sözlərinə görə, hazırda "e-gömrük bəyənnasməsi” və "e-monitorinq” xidmətlərinin istifadəyə verilməsi üzərində iş aparılır. Bununla yanaşı, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi üçün bəzi ölkələrlə vahid informasiya sisteminin yaradılması, gömrük-keçid məntəqələrinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir.

Gömrük xidmətində "bir pəncərə” sisteminin, "bir dayanacaq”, "sürətli keçid” beynəlxalq prinsiplərinin tətbiqinin genişləndirilməsi, gömrük nəzarətinin və rəsmiləşdirilməsinin sadələşdirilməsi, sərf olunan vaxtın minimuma endirilməsi mqəsədilə müasir təchizata malik gömrük terminallarını tikilməsi nəzərdə tutulur.

Ziya Səccad

BAKU.WS