Oqtay Əsədov nazirə gileyləndi: “Deputatların 30-40 faizi şikayət edir ki, nə edək?”

31
may
2019
16:34
Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib.BAKU.WS modern.az-a istinadən xəbər verir ki, O.Əsədov bununla bağlı vergilər naziri Mikayıl Cabbarova müraciət edib.Spiker deyib ki, POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır:“Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın”.
Oxşar xəbərlər
Oqtay Əsədov: “Sosial şəbəkələri oxuyanda insan xəcalət çəkir”
“Sosial şəbəkələri oxuyanda insan xəcalət çəkir, nələr yazırlar… Milli Məclisin, dövlət rəhbərliyinin adına ağızlarına gələni yazırlar”.BAKU.WS report-a istinad...