SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Binəqədi rayon ərazisində süni qiymət artımının qarşısının alınması istiqamətində iş aparılır. 
 
BAKU.WS-in məlumatına görə, Binəqədi rayon İcra Hakimiyyətinin ərazi icra nümayəndələri və bələdiyyələr tərəfindən monitorinqlər davam etdirilir.
 
Prezident İlham Əliyevin süni bahalaşmaya son qoyulması ilə kəskin xəbərdarlığından sonra monitorinqlərə başlanılıb. İH nümayəndələri mağazalara bir-bir girərək qiymətləri yoxlayır.
 
Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında süni bahalaşma məsələsinə toxunub: "Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Biz sadəcə olaraq cərimələrlə kifayətlənməməliyik. Prokurorluq orqanları çox ciddi məşğul olsun. Bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir".

BAKU.WS