VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aksizli malların dövriyyəsinin tənzimlənməsi qaydalarına əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri də daxil olmaqla, bütün rayon və şəhərlərdə vergi nəzarəti tədbirləri keçirilib.


BAKU.WS
-in məlumatına görə, ümumilikdə 145 vergi ödəyicisində, o cümlədən, "Ameqo” MMC topdan satış bazası, "Sonalar Sonası” şadlıq evi, "Favorit” marketdə bir sıra qanun pozuntuları aşkar edilib.

Keçirilən tədbirlər zamanı 84 vergi ödəyicisi tərəfindən aksizli malların az miqdarda nağd qaydada satıldığı müəyyən edilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 229.2-ci maddəsinə əsasən barələrində 8400,0 manat məbləğində inzibati cərimə tətbiq olunub.

47 vergi ödəyicisi üzrə mal qalığının yoxlanılması zamanı 234 752,8 manat dəyərində 57542 ədəd alkoqollu içkilər və tütün məmulatlarının əldə edilməsini (alınmasını) və dəyərinin nağdsız qaydada ödənilməsini təsdiqləyən sənədlər təqdim olunmadığından, onlar götürülərək, məsul saxlamaya verilib. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 68 a ünvanında yerləşən "NAİQİN-K TOVUZ BALTİYA” MMC-yə məxsus "Tovuz KonyaK” evində əməliyyat tədbiri keçirilib. Nəzarət qaydasına alınan, külli miqdarda spirtli içkilərin nağd qaydada satışının həyata keçirildiyi müəyyən edilib. Toplanmış materialda Azərbaycan Respublikası CM-nin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğundan məsələ ilə bağlı 06.01.2016-cı il tarixdə cinayət işi başlanıb.

Ziya Babayev

BAKU.WS