600-dən çox bal toplayanların sayı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Builki imtahanlarda I qrupda 600 baldan yuxarı nəticə göstərənlərin sayı 607 nəfər (keçən il 553) olub ki, bu da iştirakçıların 2,15%-ni təşkil edib. II qrupda 404 nəfər (keçən il 215), III qrupda 550 (keçən il 604), IV qrupda isə 353 nəfər (keçən il 378) olub”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədrinin sözlərinə görə, bu il 100 baldan yuxarı nəticə göstərənlərin sayı 84% (keçən il 79%) təşkil edib: “16% isə 0-100 bal arası nəticə göstərib”.
M.Abbaszadə əlavə edib ki, bu il 12 nəfər abituriyent Azərbaycan bölməsi üzrə aşağı nəticə göstərib: “Hazırda onların nəticələri müzakirə olunur və apellyasiyaya təqdim ediləcək”.
Oxşar xəbərlər
DİM qəbul imtahanları ilə bağlı məlumat yaydı
Dövlət İmtahan Mərkəzi tərəfindən 20-21 avqust tarixlərində qəbul imtahanları keçiriləcək. DİM-dən BAKU.WS-ə verilən məlumata görə, imtahanlar avqustun 20-də 16...