6 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Yeniliklərdən dərhal xəbərdar olun
“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, ötən gün qida məhsulları sahəsində fəaliyyət göstərən 30 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
BAKU.WS xəbər verir ki, həmin tarixdə 6 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
| S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
| 1 | ADİL MÜSLÜMOV SADAY OĞLU | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
| 2 | ELMAR-94 MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | İlkin istehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
| 3 | QULU MƏMMƏDQULİYEV ƏHLİMAN OĞLU | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
| 4 | AYAZ ALLAHVERDİYEV ALLAHVERDİ OĞLU | Pərakəndə satış | Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir |
| 5 | ANAR İSMAYILOV İSMAYIL OĞLU | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
| 6 | LƏTİF LƏTİFOV QİNYƏT OĞLU | Qablaşdırma | Sahibkar hal-hazırda fəaliyyət göstərmir |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...