6 azərbaycanlı koronavirusdan öldü - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
REAL TV-yə danışan Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “COVİD-19”a yoluxan və bu virusdan dünyasını dəyişən vətəndaşlarımızla bağlı rəqəmləri açıqlayıb.
Səfir bildirib ki, bu günə qədər Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşlarının sayı 20-ni keçib. Bu virusdan dünyasını dəyişən azərbaycanlıların sayı isə 6-ya çatıb.
REAL TV-yə danışan səfir, sərhədlərin açılması və Türkiyədən Azərbaycana uçuşların həyata keçirilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib.
“Türkiyə və Azərbaycan qardaş dövlətlərdilər. İki ölkə arasında münasibətlər o qədər sıxdır ki, bizim münasibətlərdə fərqli addımlar atıla bilər. Həm Türkiyə, həm də Azərbaycan tərəfi çalışır ki, mümkün qədər, şərait imkan verdiyi çərçivələrdə vətəndaşlarımızın gediş-gəlişi üçün münbit şərait yaratsın.
Təbii ki, burada fərqli faktorlar var. Onlar Azərbaycanda da, Türkiyədə də nəzərə alınır. Karantin şəraiti, nə qədər xəstələnən var... Yəni fərqli-fərqli məqamlar var ki, onlar nəzərə alınacaq. Sərhədlərin açılması ilə bağlı hazırda bir qərar yoxdur“.
Oxşar xəbərlər
Koronaviruslu xəstələri müalicə edən həkim: "Biz bəzilərini məcburi qaydada xəstəxanada saxlayırıq"
Koronavirus yalnız ona yoluxan xəstələrin deyil, həmin xəstələri müalicə edən həkimlərin də ətraf mühitdən təcrid edilməsini zəruri edir. Buna görə də öz həyatl...