Xəzər dənizinin şimal və cənub bölgələrinin sahilboyu ərazilərində fəaliyyət göstərən müəssisələrdə formalaşan tullantı sularından götürülmüş analizlərin nəticələri göstərir.
BAKU.WS xəbər verir ki, bu barədə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, dənizə axıdılan bu sularda kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan artıqdır.
Axarlardan götürülmüş su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə neft məhsulları, səthi aktiv maddələr və bioloji çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.
Şimal bölgəsində fəaliyyət göstərən bir neçə ictimai iaşə obyektləri tövsiyə və bildirişləri nəzərə alaraq müasir təmizləyici qurğular quraşdırıblar. Əksəriyyətində isə bu istiqamətdə tədbirlər görülməyib.
Onlarla izahat işlərimizi davam etdiririk. Məqsədimiz daha çox izahat yolu ilə çirkləndiriciləri dənizimizi və su hövzələrimizi birgə qorumağa cəlb etməkdir.