Bakı Nəqliyyat Agentliyi (BNA) 64 saylı müntəzəm marşrut xətti istiqamətində 20 yeni avtobusu istifadəyə verəcək.
BAKU.WS bunu qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
"Dəfələrlə agentliyə həmin marşrut üzrə sərnişindaşıma keyfiyyətinin aşağı olması, qeyri-peşəkar sürücülər tərəfindən avtobusun idarə olunması, avtobusların texniki cəhətdən qoyulan tələblərə cavab verməməsi ilə bağlı şikayətlər daxil olurdu.
Daşıyıcı qarşısında bununla bağlı tələblər qoyulsa da, bu istiqamətdə addımlar atılmırdı. Buna görə də daşıyıcı ilə müqaviləyə xitam verilib".
Marşrut "General Avto Company" şirkəti ilə imzalanan müqavilə əsasında fəaliyyətə başlayacaq".
BAKU.WS