SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda fantastik qiymətə obyekt satılır.


BAKU.WS xəbər verir ki, bu barədə alqı-satqı ilə məşğul olan saytlardan birində elan yazılıb. Elanda qeyd edilib ki, satışa çıxarılan obyektin qiyməti 67 milyon manatdır.

Obyekt Bakının Nəsimi rayonunda, 28 may metrosu ilə S.Vurğun parkı yaxınlığında yerləşir.

Obyektin qiymətini dəqiqləşdirmək üçün qeyd edilən nömrə ilə əlaqə saxladıq. Obyekt satışı ilə məşğul olan şəxs həqiqətən də, qiymətin düzgün yazıldığını bildirdi.

Qeyd edək ki, satışa çıxarılan obyekt iş adamlarından birinə məxsusdur.

Cavid Babayev
BAKU.WS