SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda minik avtomobillərinə tətbiq edilən aksiz vergisinin artırılması nəzərdə tutulur.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə görə, mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 3 manat (əvvəl 2 manat),

mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat (əvvəl 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 5 manat (əvvəl 3 manat),

mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat (əvvəl 3400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 13 (əvvəl 8 manat), mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18600 (əvvəl 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 35 manat (əvvəl 20 manat),

mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53600 əvvəl (31 400 manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə - 70 manat (əvvəl 40 manat) aksiz vergisinin tətbiq olunması təklif edilir.

BAKU.WS