Azərbaycana gətirilən maşınların gömrük rüsumu artdı (SİYAHI)

Azərbaycana gətirilən maşınların gömrük rüsumu artdı (SİYAHI)
Sosial 43204

 

Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə aksiz dərəcəsi artırılıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda qeyd olunub. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Qanunda dəyişikliyə əsasən, mühərrikin həcmi 2000 kubsantimetrədək olan minik avtomobilləri üçün aksiz dərəcəsi dəyişməyib. Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 400 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 3 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 400 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 1,5 manat aksiz dərəcəsi ödənilirdi. Mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 3400 manat və əlavə olaraq mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 1900 manat və əlavə olaraq mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi ödənilirdi.

Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 11400 manat və əlavə olaraq mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 20 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 5900 manat və əlavə olaraq mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi ödənilirdi. Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 31400 manat və əlavə olaraq mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə 40 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 13900 manat və əlavə olaraq mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi ödənilirdi.

İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrin mühərrikinin həcminin hər kubsantimetrinə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 3 manat aksiz dərəcəsi ödənilirdi.

BAKU.WS

Son xəbərlər