VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bölgələrdə müntəzəm marşrut xətləri üzrə avtobusların yenilənməsi prosesinə start verilib.

Bu barədə BAKU.WS Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən məlumat verir.

Dövlət Xidmətinin avtomobil parkının yenilənməsinə dair daşıyıcılara ünvanladığı müraciət əsasında müntəzəm marşrut xətləri üzrə avtomobil parkının yenilənməsi prosesinə start verilib.

Belə ki, Quba şəhərdaxili 1 saylı marşrut xəttində mövcud 15 ədəd "Hyundai County" markalı avtobuslar yeni "İsuzu" markalı avtobuslarla əvəz edilir.

Qeyd edək ki, oktyabrın 25-dən həmin marşrut xətti üzrə 5 yeni avtobus sərnişinlərin xidmətində olacaq.

BAKU.WS