SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub.

Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən tikinti məqsədləri üçün torpaq sahələri yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən ayrılarkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müvafiq rəy verəcək, habelə tikintiyə icazə icraatı çərçivəsində tikiləcək obyektlərin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayacaq.

BAKU.WS
xəbər verir ki, bu barədə AZƏRTAC-a komitənin aparat rəhbəri Anar Quliyev deyib.


Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı və digər şəhərlərin ərazisində ərazi planlaşdırılması sənədlərinin əvəzedicisi olan şəhərsalma əsaslandırılması Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunacaq:


“Göründüyü kimi, qanunvericilikdə aparılmış təkmilləşdirilmə ilə bağlı komitə tərəfindən hazırda məqsədyönlü tədbirlər həyata keçirilir, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən yerli icra hakimiyyətlərinin bu sahədə fəaliyyəti araşdırılır, tələb olunduğu hallarda icrası məcburi olan “Göstəriş”lər verilir”.


Komitə rəsmisi vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icra edilməsi məqsədilə qanunsuz tikintilərin sökülməsi səlahiyyəti olan Fövqəladə Hallar Nazirliyi, cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu ilə də sıx əməkdaşlıq qurulub.


A.Quliyev, həmçinin nəzarət tədbirlərinin gücləndirilməsi və qanunsuz tikintinin qarşısının alınması üçün komitə tərəfindən yeni qanunvericilik təşəbbüslərinin hazırlandığını diqqətə çatdırıb.


BAKU.WS