VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dekabrın 4-də "Neft daşları”nın Neft-Qaz Çıxarma İdarəsinin 501 saylı özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş üç neftçinin ailəsinə 15 min manat ayrılmamasından şikayətçidir.

BAKU.WS "Qafqazinfo"-ya istinadən məlumat verir ki, Nazirlər Kabinetinin "Günəşli” yatağında baş vermiş hadisə nəticəsində həlak olanların və itkin düşənlərin ailələrinə birdəfəlik 15 min manat yardım edilməsinin onların ailələrinə şamil edilməməsindən narazılıq edirlər.

Qeyd edək ki, Baş nazir Artur Rasizadənin imzaladığı sərəncamda "Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların və itkin düşənlərin hər birinin ailəsinə 15 min manat məbləğində vəsait ayrılıb.

Ekspertlər İlham Şaban və Mirvari Qəhrəmanlı da itkin düşən neftçilərin ailələrinə sərəncamın şamil edilməməsinə etiraz ediblər. Onlar virtualaz. org saytına açıqlamalarında Neft daşları”nda itkin düşənlərə birdəfəlik maddi yardım verilməsini istəyiblər.

"Onlarin ailələrinin də 15 min manat birdəfəlik yardım alması üçün yanğın olmalı idimi?”- deyə İlham Şaban bildirib.

Məsələ ilə bağlı Socarın Mətbuat Xidmətinin rəhbəri Nizaməddin Quliyev "Qafqazinfo” ya bildirib ki, onlar tərəfindən həm "Neft Daşları”nda, həm də "Günəşli” yatağında həlak olanların və itkin düşənlərin ailələrinə müvafiq yardımlar göstərilir: "15 min manat məbləğində birdəfəlik yardım edilməsi isə Nazirlər Kabinetinin qərarıdır. Onun bizə aidiyyatı yoxdur”.

Xatırladaq ki, qasırğa nəticəsində buxar aqreqatının maşinisti, 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov itkin düşüblər. Onların axtarışları hələ heç bir nəticə verməyib.
 
BAKU.WS