VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar 20-ci sahə yolindakı sürüşmə təhlükəsinin artması ilə bağlı AMEA nəzdində Respublka Seysmoloji Xidmət Mərkəzi (RSXM) həmin ərazidə tədqiqat işlərini genişləndirib.

Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrinin əməkdaşları geri çağırılaraq, sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar.

Hazırda Mərkəz əməkdaşları ərazidə gücləndirlmiş iş rejimində işləyirlər.

Xatırladaq ki, oktyabrın 11-dən başlayaraq mərkəz tərəfindən sürüşmə ərazisində bir neçə istiqamətdə kompleks tədqiqatlar aparılır.

BAKU.WS