50 nəfərlik toylarda rəqs edərkən maska taxmaq lazımdır? - DİN-dən AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil. Şəxslər obyektə daxil olarkən maska ilə daxil olur və masa ətrafında isə tibbi maskadan istifadə etməyə bilər".
BAKU.WS xəbər verir ki, bunu AZTV-yə açıqlamasında Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
DİN rəsmisi əlavə edib ki, 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə tibbi maska tələbi yoxdur: “Çünki həmin məkana daxil olan şəxsin mütləq qaydada COVID-19 pasportu yoxlanılacaq".
DİN rəsmisi vurğulayıb ki, 50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil: “Yəni, ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı əvvəlki norma necə idisə, həmin norma qüvvədə saxlanılıb”.
Oxşar xəbərlər
Azərbaycanda açıq havada toy keçirməyə icazə var? - DİN-dən RƏSMİ CAVAB
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyulun 1-dən Azərbaycanda toy, nişan, ad günləri kimi mərasimlərin keçirilməsinə icazə verilir. BAKU.WS xəbər veri...