5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzil veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Növbəti 5 il ərzində şəhid ailələri və müharibə əlillərinə 11 min mənzilin verilməsi nəzərdə tutulur.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu il rekord sayda - 3000 mənzilin şəhid ailələri və müharibə əlillərinə verilməsi planlaşdırılır.
S.Babayev deyib ki, 2021-ci ilin yanvar ayınadək ölkədə 9178 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Yalnız ötən il 1572 mənzil bu kateqoriyadan olan insanlara təqdim edilib. Həmin mənzillərin 1500-ü dövlət vəsaiti hesabına, 72-si isə sosial tərəfdaşlar tərəfindən təqdim olunub.
Nazir əlavə edib ki, indiyədək verilən mənzillər 2014-cü ilin yanvar ayınadək növbəyə dayanmış şəhid ailələri və müharibə əlillərini əhatə edirdi.
Oxşar xəbərlər
Aylıq 138 manat ödənişlə ev almaq istəyənlərin nəzərinə - TARİX AÇIQLANDI
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 2 sa...