13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində həmin universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, "RedBull" və "PizzaLine" restoranlar şəbəkəsinin dəstəyi ilə möhtəşəm "Payız Gecəsi" balı keçirildi. Balda 200-dən çox tələbə-gənc və 12 cütlük gecənin "Şah və Şəhzadəsi" nominasiyasında yarışdılar. Universitetin Tələbə Gənclər Təşkilat(TGT)-nın sədri Rafael Şixəmmədov və təşkilatın fəal tələbəsi Məryəm Kərimova gələn qonaqları və münsiflər heyyətini salamlayaraq tədbiri açıq elan etdi və beləliklə müsabiqələrə start verildi.

Cütlükləri diqqətlə izləyən münsiflər - Azərbaycan Memarlıq və İnşaat Universiteti şəhərciyinin direktoru Aqşin Kərimov, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) icraçı direktoru Şəmsi Gülverdiyev ,Latın Amerika rəqsləri üzrə peşəkar müəllim Aydın Qasımzadə, Fəlsəfə doktoru Sənan Qaraisayev, Qafqazın ən böyük təhsil səhifəsinin rəhbəri Zöhrab Süleyman, Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr muavini Tural Əliyev və AzMIU TV-nin rəhbəri İbrahim Cəlilov hər bir cütlüyü layiq olduqları xalla qiymətləndirdi.

İlk olaraq tədbirdə öz rəqsləri ilə fərqlənən gənc, "Payız gecəsi"-nin ən yaxşı rəqqası kuboku ilə "BlackZone" qrupunun üzvü Rövşən Babayev təltif edildi. Tədbirin sonunda müsabiqələrdə münsiflər tərəfindən ən çox bəyənilən cütlük Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II kurs tələbəsi Sultanov Qurban və Azərbaycan Dövlət İqtisad Universitetinin I kurs tələbəsi Ağayeva Kamilla gecənin "Şah və Şahzadəsi" seçilərək, tacqoyma mərasimində taclarla mükafatlandırıldılar. Daha sonra tədbir bir-birindən maraqlı rəqs nömrələri ilə davam etdi.

Tədbirin keçirilməsində məqsəd tələbələrin yaradıcılıq qabiliyyətini artırmaq və asudə vaxtını əyləncəli və səmərəli keçirməkdir.