SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabunçu-Zabrat yolunda hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

BAKU.WS Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, Sabunçu yol qovşağından Zabrat qəsəbəsi istiqamətində və əksinə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri axşam saatlarınadək davam etdiriləcək.

Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

BAKU.WS