Təəccüblü də olsa, 21-ci əsrin mauqli uşaqları Azərbaycanda yaşayır.

BAKU.WS
-in məlumatına görə, dörd uşağın dəhşətli taleyi Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində müzakirəyə çıxarılıb.

Ailənin böyüyü - azyaşlı uşaqların atası 81 yaşlı kişidir. O, əvvəl normal olub. Böyük oğlu 17 yaşında Son zəng günü Kürdə boğulduqdan sonra faciənin şokundan "havalanıb". Həyat yoldaşı vəfat etdikdən sonra özündən 46 yaş kiçik olan xanımla evlənib və beş uşaq dünyaya gəlib. Sonuncu uşaq isə faciəli şəkildə ölüb.

Qonşular ananın da ruhi xəstə olduğunu deyirlər. Valideynlər ruhi xəstə olduqlarından uşaqlar özbaşına böyüyür. Qonşuların dediyinə görə, uşaqlar heyvan kimi həyətdəki gölməçədə çimirlər, hətta o sudan içirlər.

Qonşular dəfələrlə onlara kömək etmək istəsələr də, ər arvad onları qapıdan qovub.

Uşaqların vəziyyətinin getdikcə daha da pisləşdiyini görən qonşular "Səni axtarıram" proqramına müraciət ediblər. Efirdə nümayiş etdirilən kadrlar hər kəsi dəhşətə gətirib.

BAKU.WS