Bakıda piyada keçidində, səkidə avtomobil saxlayan sürücülər kameraya tuş gəlib.

BAKU.WS-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sosial şəbəkədə paylaşıb.

Kadrlardan göründüyü kimi şəhərin mərkəzi küçələrində insanların sıx olduğu küçələrdə sürücülər qadağan olunmuş ərazilərdə avtomobili park edir. Həm piyadaların, həm də əlill şəxslər üçün quraşdırılmış pandusların üzərində park edilən maşınlar ciddi narahatlıq doğurur. 

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununa əsasən nəqliyyat vasitəsi piyada keçidlərinə ən azı 5 metr məsafədə dayana bilər. Ancaq təqdim etdiyimiz fotolarda sürücülər aşkar şəkildə qaydaları kobud şəkildə pozub. 

Güman edirik ki, qaydalara məhəl qoymayan bu cür sürücülərlə bağlı DYP tərəfindən lazımi tədbirlər görüləcək. 

Abbas
BAKU.WS