VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycan mobil telefonları və kompüterləri izləmək üçün istifadə edilən proqram sifariş verib. 

BAKU.WS-in məlumatına görə, bu barədə İtalyanın "Hacking Team" şirkətinin mətbuata sızan sənədlərində qeyd edilib. Məlum olub ki, Azərbaycandan bu şirkətin istehsal etdiyi uzaqdan nəzarət sistemini sifariş verilib. "Da Vinçi" adlı sistem vasitəsilə tablet, kompüter və cib telefonunda olan bütün məlumatları asanlıqla əldə etmək mümkün olur. 

Bu program sistemi sındırılmış cihazdan alınan məlumatları göstərən bir ekran və hədəf cihaza yüklənən zərərli proqramdan ibarətdir. Hədəf telefon və ya kompüterdən fayl götürmək, mikrofonla səs yazmaq, veb kamera ilə çəkilən şəkilləri əldə etmək mümkündür. 

Mətbuata sızan məlumatlarda qeyd edilir ki, sifarişçi ölkərələr arasında Azərbaycanla yanaşı, Türkiyə, ABŞ, Rusiya, Misir Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, İtaliya, Kolumbiya kimi ölələr də var. 
 

  

BAKU.WS