41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edilib - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Birdəfəlik ödəmə (190 manat) ilə bağlı müraciət edən şəxslərdən 41 min nəfərin müraciət etdiyi zaman xarici ölkədə olduğu (aidiyyəti qurumların informasiya bazasından əldə edilmiş məlumatlar əsasında) müəyyən edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, həmin vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina olunub və bu barədə onlara SMS göndərilib.
Qeyd edək ki, birdəfəlik ödəmə almaq üçün edilən bütün müraciətlərə müxtəlif dövlət qurumlarına məxsus olan ümumilikdə 25-dək elektron informasiya sistemlərindən əldə edilmiş məlumatlar əsasında baxılaraq, nəticəsinə əsasən obyektiv qərar verilir.
Oxşar xəbərlər
Nazirlikdən 190 manatla bağlı AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) birdəfəlik ödəmə (190 manat) ilə bağlı sosial şəbəkə səhifələrində müzakirə olunan bəzi məsələlərə aydınlıq...