SİZİN REKLAM BURADA!
055 213 76 73



“Sahil” stansiyasının təmirdən çıxacağı gün bəlli olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev BAKU.WS bildirib ki, stansiya bu il iyulun 1-nə qədər təhvil veriləcək.

N. Paşayevin sözlərinə görə, hazırda stansiyada korroziyaya məruz qalmış avadanlıqlar dəyişdirilir. Eyni zamanda, eskalatorların quraşdırılması davam etdirilir.

Həmçinin bu ilin yayında “Xətai” metrostansiyası təmirə bağlanacaq. Metronun dəqiq bağlandığı gün isə məlum deyil. Əldə etdiyimiz məlumata görə, stansiya 6 ay ərzində təmirlə əlaqədar bağlı olacaq.

Tuncay
BAKU.WS