SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhərinin Nobel prospekti boyunca yeni üç metro stansiyasının inşası nəzərdə tutulub. Onlardan biri "Ağ Şəhər", digəri neftayırma zavodunun qarşısı, üçüncüsü isə Nargilə dairəsi adlanan hissədə olacaq. Sonda bu xətt "Həzi Aslanov" stansiyasına ("Həzi Aslanov-2") birləşdiriləcək.

"Report"un xəbərinə görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. 

"Bakı metrosunun dairəvi olması nəzərdə tutulan "Yaşıl xətt"in davamı olaraq gələcəkdə "Xətai" metro stansiyasından "Həzi Aslanov" metro stansiyasına qədər yeni xətt çəkiləcək. Nobel prospekti boyunca yeni üç xəttin çəkilməsi nəzərdə tutulub. Onlardan biri "Ağ Şəhər", digəri neftayırma zavodunun qarşısı, üçüncüsü isə Nargilə dairəsi adlanan hissədə olacaq. Şərti adı "E-15" qeyd edilən ikinci stansiyada artıq hazırlıq işlərinə başlanılıb. Orada tunelqazma işlərinin həyata keçirilməsi üçün start kameranın tikintisi başa çatır, tunelqazma maşının quraşdırılması yekunlaşmaq üzrədir. İşlər qaydasında gedərsə, "E15" stansiyasının qarşısından "Xətai" metro stansiyasına doğru tunellərin qazılmasına başlayacağıq. Daha sonra, "E 15"-dən tikilməkdə olan "Həzi Aslanov-2" stansiyasına doğru tunellərin qazıntısına başlanacaq. Gələcəkdə "Xətai"dən "Həzi Aslanov"a doğru 3 metro stansiyası olacaq".

"Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemində "Yaşıl xətt"in dairəvi olması nəzərdə tutulub. "Həzi Aslanov-2" stansiyası Günəşli, Qaraçuxur qəsəbələri, eyni zamanda dairəvi şəkildə "Koroğlu" və "Dərnəgül" metro stansiyalarına birləşdiriləcək. Bu, gələcək planlardır. Hazırda, ilkin mərhələdə əsas "Xətai" metro sstansiyasında sağlamlaşdırma işləri icra edib, tunel və stansiyaların tikintisinə başlamaqdır", - deyə N.Paşayev əlavə edib.
 
BAKU.WS