Təhsil eksperti Kamran Əsədov rus dili bilməyən valideynlərə səslənib

BAKU.WS-in məlumatına görə, ekspert bildirib ki, özü, valideynləri rus dilində bilməyənlər "moda" xətrinə və ya guya "yüksək səviyyə" xəttinə rus bölməsini seçdiyini deyir.  

"Təhsil Nazirliyinə və Bakı şəhər Təhsil İdarəsinə təklif edirəm ki, 1-ci sinifə şagirdlərin qəbulu zamanı Rus bölməsini seçənləri yoxlayıb ondan sonra qeydiyyatdan keçməyə buraxın.  Özü, valideynləri rus dilində bilməyənlər "moda" xətrinə və ya guya "yüksək səviyyə" xətrinə rus bölməsini seçirlər. İbtidai sinifdə rus bölməsində təhsil alan şagirdlər yuxarı siniflərdə Azərbaycan bölməsinə keçirər. Çünki proqram çətinləşir və valideyn ev tapşırığı və digər məsələlərdə kömək edə bilmir. Əsas da bilik və bacarıqları fərqli olan şagirdlər eyni sinifdə oxuyanda ortaya bərbad bir mənzərə çıxır. Kimsə rus dilində səlist, sərbəst bilir, kim isə ilk dəfə rus dili ilə tanış olur. Məktəb xarici dil öyrədir, daha xarici dili ana dili kimi öyrətmir. İnanıram ki, aidiyyəti qurumlar nəzərə alacaqlar".

Tuncay
BAKU.WS