VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BAKU.WS ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binasında asılan bayrağın cırıldığını ictiamayiləşdirdi.

Bu məlumat mətbuatda yayımlandıqdan qısa müddət sonra Bakı Şəhər İcra Hakimiyyəti lazımi tədbir görüb və cırılmış bayraq yenisi ilə əvəzlənib. 

Bu cür xoşagəlməz mənzərələrin yaranmaması üçün rəsmi qurumlar qabaqlayıcı tədbirlər görməlidir. Praktikaya əsasən küləkli havada adətən dövlət bayrağı aşağı endirilir və bununla yanaşı, cırılan bayraq dərhal digəri ilə dəyişdirilir.

Bayrağa nəzarət və hörmət təkcə rəsmi qurumların deyil, həmçinin hər bir Azərbaycan vətəndaşının ən müqəddəs borcudur.

Tuncay
BAKU.WS