5 İLƏDƏK DƏYİŞMƏZ 14,5%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

 
Azərbaycan - Rusiya sərhədində böyük sıxlıq yaranıb.
 
Bu barədə BAKU.WS-ə oxucular məlumat verib. Səhər saat 5-dən etibarən Yalama sərhəd keçid məntəqəsində növbə tutduqlarını deyən azərbaycanlılar saatlardır gözlədiklərini bildiriblər:
 
"Hazırda məntəqənin qarşısında 70-ə yaxın avtomobil Rusiyaya keçmək üçün sıraya düzülüb. Sərhəd keçid məntəqələrindən biri təmirə bağlanıb və buna görə mərkəzi postda sıxlıq yaranıb. Rusiya tərəfi maşınları yavaş-yavaş buraxır", - deyə azərbaycanlılar söyləyir.
 
Gömrük postunda saatlardır gözləyən soydaşlarımız çarəni avtomobildə yatmaqda tapıblar. İnsanlar sərhəd keçid məntəqəsi qarşısında gözləyərək Rusiya tərəfə keçəcəklərini ümid edirlər. 
 
Şahin Həbibov
BAKU.WS