VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Ağ canavar" ləqəbli azərbaycanlı kikboksçu, 15 qat Azərbaycan çempionu Eduard Məmmədovun övladları bu gün birinci sinifə gedib. 

BAKU.WS-in məlumatına görə, idmançı bubarədə özü Instagram hesabında yazıb. Eduard Məmmədov "Bilik günü" münasibəti ilə bütün şagirdləri və müəllimləri təbrik edib:

"Birincilər sırasına mənim övladlarım Raul və Bilqeys də qoşuldu. Balalarım 6 nömrəli məktəbin 1 "A" sinfində təhsilini davam etdirəcəklər. Bütün birinci sinfə gedən balalarımızı ürəkdən təbrik edirəm. Qoy həmişə səsləri zirvələrdən gəlsin və uğurları bol olsun!"

BAKU.WS