VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Azərbaycan Hava Yolları” QSC tərəfindən yaradılmış “Buta Airways” aviaşirkəti ilk uçuşu Heydər Əliyev Beynəlxalq Hava Limanından Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava limanına həyata keçirib. Promo-tur çərçivəsində yeni “Embraer 190” təyyarəsinin ilk sərnişinləri Azərbaycan jurnalistləri olublar.

“Buta Airways” aviaşirkətinin direktoru Cəmil Manizadə bildirib ki, oktyabrın 29-dək, yəni qış cədvəli başlayanadək həftədə 4 uçuş keçiriləcək. Qış mövsümündə həftəlik uçuşların sayı 10-a çatdırılacaq: “Qiymətlər 29 avrodan başlayır. Artıq reyslərə olan tələbat bizi sevindirir: bu, 95-100 faizə bərabərdir. Bugünkü reys tam dolu idi”.

Hazırda aviaşirkət Kazan, Mineralnıe Vodı, Moskva, eləcə də Moskva-Gəncə istiqamətlərində bilet satışını həyata keçirir. Qış mövsümündən etibarən isə Sankt-Peterburq və İstanbul (Sabiha Gökçən hava limanı) istiqamətlərində biletlər satılacaq.

C.Manizadə vurğulayıb ki, “Buta Airways” aviaşirkətinin fəaliyyəti ölkədə turizmin inkişafına böyük töhfə verəcək.

BAKU.WS