30 ildən sonra Gəncəyə gələn erməni qadın (VİDEO)
04
dek
2017
12:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənilərin başlatdığı Dağlıq Qarabağ münaqişəsi üzündən Azərbaycanı tərk etmiş erməni Rimma Sarkisova 30 illik fasilədən sonra Gəncə şəhərinə səfər etmək imkanı əldə edib. Hazırda Rimma Sarkisova Ukraynada yaşayır. Gəncəyə gələn kimi erməni qadın ilk olaraq əvvəl yaşadığı evlərinə yollanıb və qonşulardan heç olmasa kiməsə rast gəlməyə ümid edib. Çay süfrəsi arxasında o, keçmiş qonşusu Asif İsmayılovla ötən günləri və köhnə qonşuları xatırlayıb. Rimma Sarkisova əmin olduğunu bildirib ki, baş verən faciələrin günahkarı erməni separatçılarıdır. Onlar olmasaydı, hamı əvvəlki kimi mehriban qonşu olaraq yaşayacaqdı. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı ata öz qızlarını erməni sevgilisinə verdi – VİDEO
Rusiyada yaşayan azərbaycanlı kişi iki qızını erməni qadının himayəsinə verib. Bu barədə Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində məlumat verilib. BA...