30 ildən çoxdur qaz üzünə həsrət qalan sakinlər: "Gilas ağacını kəsib yandırırıq"
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələ rayonunun Tövlə kəndində sakinlər 1994-cü ildən bəri təbii qazın olmamasından əziyyət çəkdiklərini bildirirlər.
Onların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem indiyədək öz həllini tapmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
"Qazımız yoxdur. Meşədə odun qırmağa qoymurlar. Bizim kəndə mütləq qaz lazımdır. Həyətimizdəki gilas ağacını kəsib yandırırıq ki, qışı keçirə bilək", - sakinlərdən biri söyləyib.
Digər bir kənd sakini də mövcud problemin yaratdığı gündəlik çətinliklərdən danışıb:
"1990-cı ildə qaz var idi, indi isə yoxdur. Hazırda insanlar çox əziyyət çəkirlər. Əgər kəndimizə qaz çəkilsə, çox yaxşı olar".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...