3-cü mikrorayon dairəsində işləməyən işıqfor nə vaxt düzələcək? - AÇIQLAMA - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
3-cü mikrorayon dairəsi kimi tanınan Asif Məhərrəmov küçəsində işıqfor işləmir.
BAKU.WS-in məlumatına görə, bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) BAKU.WS-ə bildirilib ki, işıqfor nasazlığa görə bir müddətdir ki, işləmir.
"Sözügedən işıqfor "dublor işıqfor"dur. Əsas işıqforu təkrarlayır. Həmin işıqforda enerji problemi var. Problem həm bizim mütəxəsislər və texniki şöbə tərəfindən, eyni zamanda da aidiyyatı qurumun texniki şöbəsi tərəfindən məlumatlandırılıb", - deyə qurumdan bildirilib.
Məlumata görə, hazırda işıqforda işlər görülür və problem ən qısa zamanda öz həllini tapacaq.
Qalereya
Oxşar xəbərlər
DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirilib - YENİLƏNİB
Bu ay Bakı Şəhər İcra Hakimyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən (BNA) alınaraq Daxili İşlər Nazirliyinə (DİN) verilmiş "Nəqliyyatı İntell...