İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həyatını itirən Zəhra və onun nənəsi haqqında cizgi filmi çəkilib.


BAKU.WS-in məlumatına görə, erməni mərmisi ilə qətlə yetirilən 2 yaşlı Zəhraya həsrd edilən cizgi filmi kirpi.infokarikatura saytı çəkib.


Saytın karikaturaçı-rəssamları Fərid Hüseynli, Cavad Qaffar, Şəhriyar Sarıca və animator Nicat İbrahimlinin gərgin zəhməti nəticəsində qısa müddətdə hazırlanan mini cizgi filmi Zəhranın qatilinin kim olduğunu satirik dillə göstərir.


Qeyd edək ki, bu cizgi filmi "Kirpi.info” kollektivinin ilk işidir.

 

BAKU.WS