SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda keçirilən "Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına edilən dəyişiklik ləğv edilib.
 
BAKU.WS-in məlumatına görə, Bakı Nəqliyyat Agentliyindən (BNA) "APA-Economics”ə bu barədə məlumat verilib. Bakı şəhər halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.
 
"Bununla yanaşı yarışlarla əlaqədar nəqliyyatın hərəkətinə bağlı olan küçələrdə svetaforların da adi rejimdə fəaliyyəti bərpa edilib”, - deyə məlumatda qeyd olunub.
 
Qeyd edək ki, "Formula-1” Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar 1, H1 ("Baku Bus” MMC), 2, 4, 5, 6, 8, 14, 18, 21, 31, 37, 46, 61, 65, 77, 88 və 125 nömrəli marşrut  avtobuslarının hərəkətində dəyişikliklər edilmişdi.
 
BAKU.WS