269 nömrəli tam orta məktəbdə 10 müəllim, 20 şagird koronavirusa yoluxub - HƏYƏCAN TƏBİLİ

Paytaxtın Xətai rayonunda yerləşən 269 nömrəli tam orta məktəbdə 10 müəllim, 20 şagird koronavirusa yoluxub.
BAKU.WS xəbər verir ki, bu barədə “milli.az”a valideynlər məlumat veriblər.
Bu səbəbdən övladlarının sağlamlığını düşünən valideynlər məktəbin fəaliyyətinin distant təhsil formasında davam etdirməsi üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyini gözləyirlər.
Qeyd edək ki, Milli.Az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən verilən məlumata görə, ölkə üzrə hazırda 205 sinif distant təhsildədir. Məsələnin diqqətdə saxlanıldığı bildirilib.
Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxanların sayı kəskin artaraq gündəlik 6 min nəfəri keçib.
Oxşar xəbərlər
269 nömrəli tam orta məktəbdə 18 nəfər koronavirusa yoluxub - Valideynlərdən həyəcan təbili
Paytaxtın Xətai rayonunda yerləşən 269 nömrəli tam orta məktəbdə 18 nəfər koronavirusa yoluxub. BAKU.WS xəbər verir ki, bir qrup valideynin “milli.az”a verdiyi...
