SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünən axşam Bakının cənub girişində rayonlardan paytaxta gələn sürücülərlə yol polisləri arasında insident yaşanıb.

BAKU.WS
-in məlumatına görə, bu barədə avtosfer.az-a hadisə şahidləri məlumat veriblər. Bildirilir ki, Lökbatan qəsəbəsi ərazisində qurulmuş polis postunda avtomobillərin bir-bir və ləng şəkildə yoxlanılması dəhşətli tıxaca səbəb olub. Şahidlərin dedyiyinə görə, tıxacın bir ucu Səngəçal terminalına çatırmış. Bundan hiddətlənən sürücülər yol polislərinə bir neçə dəfə etiraz edərək yolun açılmasını və ya işin daha sürətlə aparılmasını bildiriblər. Həmin sürücülər arasında Bakıda qeydiyyatda olanlar çoxluq təşkil edib. Lakin onların bəzilərinin maşınlarının nömrəsi 99-la başladığı üçün yol polisləri həmin avtomobilləri də yoxlamağa başlayıb. Elə bu səbəbdən də tıxac yaranıb. Vəziyyəti belə görən sürücülər «Meyvəli» bazarı tərəfdə yol polislərinə hücum çəkiblər. Şahidlərin dediyinə görə, bir neçə sürücü maşını yol polisinin üstünə sürəndən sonra polislər yolu açmalı olublar və bununla da hərəkət bərpa olunub. Tıxacın saat 19:00-dan 20:30-dək davam etdiyi bildirilir.

BAKU.WS