SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda 20 saylı marşrut avtobusu işə salınır.
 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, sakinlərin çoxsaylı xahişini nəzərə alaraq, 8 oktyabr 2015 tarixindən 20 saylı marşrut avtobusu fəaliyyətə başlayacaq.

Marşrut avtobusunun hərəkət cədvəli "Qara Qarayev” metro stansiyası, Ziya Bünyadov prospektini keçməklə Avtovağzala qədər olacaq.

Əsas məqsəd sərnişindaşıma sahəsində sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi və eyni zamanda sərnişinlərin rahatlığını təmin etməkdir.
 

ŞAHİN Həbibov

BAKU.WS