SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
88 nömrəli marşrutun gecikməsi araşdırlacaq. 
 
BAKU.WS xəbər verir ki, bu sözləri Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəisi Mais Ağayev 88 nömrəli marşrut xəttində olan gecikmələr haqda Axar.az-a danışarkən deyib. O, məsələni nəzarətə götürəcəklərini bildirib:

"Biz bütün avtobuslara CPS qoşmuşuq. Yəni özümüz avtobuslarda olan gecikmələri və bunun səbəblərini araşdıracağıq və gecikmənin səbəbini həmin şirkətin rəhbərliyindən öyrənib, problemin tez bir zamanda həllini istəyəcəyik”.

Qeyd edək ki, son 10 gündür 88 nömrəli marşrut avtobusları intervalı 2 dəqiqə olmasına baxmayaraq, 20-25 dəqiqə gecikmə ilə fəaliyyət göstərir.

BAKU.WS