VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda gediş haqqını qanunsuz qaldıran avtobus sürücüsü işdən çıxarılıb.
 
Bakı Nəqliyyat Agentliyindən (BNA) BAKU.WS-ə verilən məlumata görə, gündəlik fəaliyyətdə önəm verilən əsas məsələlərdən biri də sərnişin avtobuslarında gediş haqqının süni şəkildə artırılması hallarını aşkarlamaq və bu kimi hərəkətlərə yol verən şəxslərə qarşı qanuna müvafiq tədbirlərin görülməsini təmin etməkdir.

Son 9 ayda ictimai nəqliyyat sektorunda görülmüş kompleks işlərin nəticəsidir ki, bu kimi halların baş vermə statistikasında azalma müşahidə edilir. Lakin təəssüflər olsun ki, az da olsa bəzi məqamlarda sərnişinlər bu kimi hallarla rastlaşırlar. Belə ki, vətəndaş Məhərrəmov Bəhram Abbasəli oğlu 117 nömrəli marşrut avtobuslarında süni olaraq gediş haqlarının artırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət edib.

Vətəndaşın şikayəti əsasında BNA-nın mütəxəssisləri tərəfindən, müntəzəm sərnişindaşıma xidməti göstərən 117 nömrəli marşrut avtobuslarına baxış keçirilib və salonda daşıma haqqını əks etdirən marşrut lövhələri aşkarlanmayıb. 117 nömrəli marşrutun müvəqqəti istismarçısı agentliyə dəvət olunaraq izahatı alınıb və məsələ ilə bağlı tədbir görülməsinə dair daşıyıcıya ciddi tapşırıq verilib. Görülən tədbirlər nəticəsində 117 nömrəli marşrutda fəaliyyət göstərən 90 BK 869 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü daşıyıcı şirkət rəhbərliyinin əmri ilə işdən azad edilib. Eyni zamanda gediş haqqı tarifini göstərən məlumat lövhələrinin 117 nömrəli marşrut avtobuslarının salonlarında yerləşdirilməsi təmin edilib. 

Qeyd edilən faktın mövcudluğu bir daha ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinin zəruri olduğunu göstərir. Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi bir daha bütün daşıyıcı şirkətlərdən tez bir zamanda nağdsız ödəniş sisteminə keçmələrini tələb edir.