MSK ekspert qruplarının üzvlərini diqqətli olmağa çağırıb

Dairə seçki komissiyalarında (DSK) yaradılan ekspert qruplarının üzvlərinin 1/3-dən çoxu əvvəlki seçkilərdə də iştirak edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, ekspert qrupunun nəzərə almalı detallar var: "Bəzən bunların texniki olması etinasız yanaşmaya səbəb olur. Amma ola bilir ki, detalda fikir verilməyən məsələ ən mühüm məqamdır".
MSK sədrinin müavini ekspert qruplarının üzvlərini diqqətli olmağa çağırıb: "Heç bir qərarı "mənə belə gəldi ki..." ehtimalı üzərində qurmayın. Seçki prosesində heç nə "bizə belə gələ bilməz".
Oxşar xəbərlər
Azərbaycanda dairə seçki komissiyalarına sədr və katiblər seçilib
Azərbaycanda dairə seçki komissiyalarına sədr və katiblər seçilib. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə dairə seçki komissiyalarının iclasları...