SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabunçu Tibb Mərkəzinə yeni baş həkim təyin edilib.

BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, baş həkim vəzifəsinə İlahə Şükürova təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Sabunçu Tibb Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

BAKU.WS