SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ-ın Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
 
BAKU.WS xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi hava şəraiti ilə bağlı olaraq bugün fəaliyyət göstərməyəcək. Bu barədə səfirliyin rəsmi Facebook səhifəsində məlumat verilib.
 
Məlumatda deyilir ki, vətəndaşların və əməkdaşların təhlükəsizliyini və səhhətini qorumaq məqsədilə 1 fevral tarixinə təyin edilmiş bütün viza müsahibələri təxirə salınır.
 
"Sizin viza müsahibəniz eyni saatlar qalmaq şərtilə cümə günü 3 fevral tarixinə keçirilib. Əgər siz yeni təyin olunmuş vaxtda iştirak edə bilməyəcəksinizsə, görüş sistemimiz vasitəsilə yeni vaxt seçməyinizi xahiş edirik. Narahatçılığa görə üzr istəyirik".
 
Aynur Ələkbərova
BAKU.WS